Bu il Sərsəng su anbarının yenidən qurulması nəzərdə tutulur - FOTO
221
14:18, Bu gün

Bu il Sərsəng su anbarının yenidən qurulması nəzərdə tutulur - FOTO

"Bu il Sərsəng su anbarının yenidən qurulması nəzərdə tutulur. 2022-2023-cü illərdə isə Suqovuşan su anbarı, Tərtərçay Sol sahil və magistral kanalları əsaslı təmir olunub. Sağ sahil kanalı isə minalardan təmizləmə işləri yekunlaşdıqdan sonra əsaslı təmir ediləcək".
 
Moderator.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Qarabağ iqtisadi rayonuna təşkil etdiyi mediatur zamanı jurnalistlərə açıqlamasında Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədr müavini İlham Quliyev deyib.
O bildirib ki, Sərsəng su anbarı 1976-cı ildə Ulu Öndər Heydər Əliyevin tapşırığı əsasında tikilərək istifadəyə verilib. Anbarın ümumi həcmi 560 milyon kubmetr, bəndinin hündürlüyü 125 metr, bəndin uzunluğu 555,1 metr, bəndin üstdən eni 12 metrdir. Normal səviyyədə suyun dərinliyi 103 metrdir. Hazırda Sərsəng su anbarına 320 milyon kubmetr su yığılıb.
 
Sərsəng su anbarının bəndində ümumi gücü 50 MVt olan Su Elektrik Stansiyası (SES), 20 kilometr aşağıda isə Sərsəng su anbarından gələn suyun tənzimlənməsi üçün Suqoşuvan su anbarı, Tərtərçay magistral, Sol sahil və Sağ sahil kanalları mövcuddur.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər