Rövşən Nəcəf Munehiro Hosono ilə görüşüb - FOTO
İqtisadiyyat
161
15:48, Bu gün

Rövşən Nəcəf Munehiro Hosono ilə görüşüb - FOTO

"Bakı Enerji Həftəsi" çərçivəsində SOCAR-ın prezidenti Rövşən Nəcəf "INPEX" şirkətinin Avropa və Yaxın Şərq layihələri üzrə icraçı direktoru və baş vitse-prezidenti Munehiro Hosono ilə görüşüb.
 
Moderator.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.
 
Bildirilib ki, görüşdə "INPEX" şirkətinin Azərbaycanın təşəbbüsü ilə icra olunan layihələrdəki fəal iştirakı, o cümlədən SOCAR ilə uğurlu əməkdaşlığı məmnunluqla qeyd olunub. Şirkətlər arasında əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası imkanları nəzərdən keçirilib.
 
Söhbət zamanı təcrübə mübadilələrinin aparılmasına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər