Ermənistan DİN 1988-ci ilədək orada yaşamış azərbaycanlıların məlumat bazasını yaradır?..- RƏSMİ CAVAB
Ekskluziv
278
09:35, Bu gün

Ermənistan DİN 1988-ci ilədək orada yaşamış azərbaycanlıların məlumat bazasını yaradır?..- RƏSMİ CAVAB

Bəzi erməni kütləvi informasiya vasitələri Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin 1988-ci ildən əvvəl Sovet Ermənistanında yaşayan azərbaycanlıların əvvəlki qeydiyyat ünvanları ilə bağlı məlumatların toplanması və inventarlaşdırılması üzrə iş apardığı barədə dezinformasiya yayır.
 
Moderator.az xəbər verir ki, bu haqda "Armtimes" nəşri məlumat yayıb.
 
Daxili İşlər Nazirliyi " Haykakan Jamanak " qəzetinə yayılan məlumatların həqiqətə uyğun olmadığını və tamamilə yalan olduğunu bildirib.
 
Nazirlik bildirib ki, "Medianı yalnız təsdiqlənmiş məlumatları dərc etməyə və ictimaiyyəti çaşdırmamağa çağırırıq".
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər