“Adımdan yalandan istifadə ediblər, mən Şəfiqəni yox, Əli İsanı dəstəkləmişəm, qələt ediblər ki..” - FOTO+ÖZƏL
Ekskluziv
609
21:45, Bu gün

“Adımdan yalandan istifadə ediblər, mən Şəfiqəni yox, Əli İsanı dəstəkləmişəm, qələt ediblər ki..” - FOTO+ÖZƏL

“Azərbaycan Kinematoqrafçılar İttifaqının qurultayından bir gün öncə sosial şəbəkədə konfransın keçirilməsinə etiraz edən sənət adamlarının adları paylaşıldı. O siyahıda mənim adım da var idi. Həmin üzvlərin adını Şəfiqə Məmmədovaya dəstək olan şəxslər kimi paylaşmışdılar. Mən Əli İsa Cabbarovu dəstəkləyirəm və qurultayın keçirilməsinə etiraz etməmişəm. Bunu mənim adımdam hər kim deyibsə böyük qələt edib. Bundan xəbərim yoxdur. Dedilər ki, mənim adıma kimsə orada qol çəkib”.

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Tariyel Qasımov deyib.

O daha sonra əlavə edib:

“Əli İsa Cabbarova qarşı heç vaxt çıxmamışam və çıxmaram da. Yaxşı edib onu seçiblər. Çox yaxşı insandır. Təsdiqlənməyini səbirsizliklə gözləyirəm. İndiyə qədər kino ittifaq yaxşı işləməyib və üzvlərinə də xidmət göstərməyib. Şəfiqə Məmmədova özünə xidmət edirdi. Əli İsa Cabbarov seçilsə əminəm ki, işləyəcək. Düzdür, konfransda iştirak edə bilməmişəm, amma iştirak etsəydim Əli İsaya səs verəcəkdim. Zənn etsin ki, səsimi ona vermişəm. Kinonu kim yaxşı bilirsə, o işdən başı çıxırsa o adamlar bu sahədə işləməlidir. Əli İsa kino, incəsənət, ədəbiyyatla yaxın adamdır” deyə sənətkar bildirib.

Aktyor filmlərdə çəkilmək arzusundan da danışıb:

“Öz yaşıma uyğun olan yaxşı rollarda niyə çəkilməyim ki?! Yaşım artsa da enerjim var, sağlıq durumum yerindədir. Son illər Azərbaycan kinosunda çox gözəl obrazlar yaranır. Bu sahə inkişaf edir və düşünürəm ki, gənclərlə daha da inkişaf edəcək. Onların hər birinə uğurlar arzulayıram” deyə sənətkar bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər