Bizi sosial şəbəkələrdən izləyin:
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama oyunu keçirəcək.
Moderator.az federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, U-20 Pakistanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
İyunun 9-da Qəbələ şəhər stadionunda təşkil olunacaq qarşılaşma saat 17:30-da başlanacaq.
Qeyd edək ki, U-20 millimiz iyunun 10-dək Qəbələdə təlim-məşq toplanışında olacaq.