Əli Əhmədovun oğluna yeni vəzifə verildi - FOTO
200
12:27, Bu gün

Əli Əhmədovun oğluna yeni vəzifə verildi - FOTO

Respublika Kliniki Uroloji Xəstəxanasına yeni baş həkim təyin olunub.
 
Moderator.az Modern.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Milli Məclis sədrinin birinci müavini Əli Əhmədovun oğlu Fikrət Əhmədov gətirilib. Məlumatı Respublika Kliniki Uroloji Xəstəxanasından təsdiqləyiblər.  
 
Bildirilib ki, yeni baş həkim təyinatı dünən olub və artıq kollektivə də təqdim edilən Fikrət Əhmədov bu gündən işə çıxıb.
 
Qeyd edək ki, F.Əhmədov bir neçə ay öncə Nizami Tibb Mərkəzinə baş həkim təyin olunmuşdu. O, yeni təyinatla əlaqədar Nizami Tibb Mərkəzindən ayrılıb.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər