Bizi sosial şəbəkələrdən izləyin:
Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Fikrət Abbasov saxlanılıb.
Bu barədə Moderator.az-a Daxili İşlər Nazirliyinin regional qrupunda bildirilib.
Məlumata görə, ondan 5 kiloqrama yaxın narkotik vasitə olan marixuana və tiryək aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb.
Məhkəmənin qərarı ilə F.Abbasov barəsində həbs qətimkan tədbiri seçilib.