Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növlərinə yeni biri əlavə olunur
Cəmiyyət
205
12:56, Bu gün

Xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinin növlərinə yeni biri əlavə olunur

"Avropa İnsan Hüquqları Məhkəməsi zamanında məcburi köçkünlərin mülkiyyət hüququnun pozulması ilə bağlı qərarlar qəbul edib. Amma onun icra mexanizmi məhz bu gün yaradılır. Xüsusi təyinatlı mənzil fondunun bu yaşayış sahələrinin növlərinə yeni biri əlavə olunur".
 
Moderator.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında komitə sədri Əli Hüseynli deyib.
 
"Bu, çox vacibdir. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə məcburi köçkünlərin köçürülməsi və onların mülkiyyət hüququnun verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanına tapşırılır", - komitə sədri bildirib.
 
O qeyd edib ki, bu, Azərbaycanda insan hüquqlarının təntənəsidir. Layihə konseptual baxımdan çox vacibdir, həm hüquqi, həm sosial müdafiə, həm insan hüquqları baxımdan olduqca əhəmiyyətlidir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər