İsmayıllıda güclü külək irigövdəli ağacları aşırıb - FOTO
202
15:05, Bu gün

İsmayıllıda güclü külək irigövdəli ağacları aşırıb - FOTO

İsmayıllıda güclü külək fəsadlara səbəb olub.
 
Moderator.az "Report"a istinadla xəbər verir ki, güclü külək səbəbindən rayonun bir neçə yerində irigövdəli ağaclar aşıb.
 
Aşan ağaclar rayon ərazisində yerləşən uşaq bağçasının həyətinə, Rayon Polis Şöbəsinin arxasında yerləşən transformatorun üzərinə düşüb. Nəticədə əraziyə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
 
Hazırda aidiyyəti qurumun texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub. Fəsadların aradan qaldırılması istiqamətində zəruri işləri həyata keçirilir.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər