
- Baş verənlərin regional kommunikasiya xətlərinin açılmasına və fəaliyyətinə təsiri necə ola bilər? Xüsusilə, Zəngəzur dəhlizinin (Tramp marşrutu) açılmasına qarşı birmənalı mövqe sərgiləyən İranın yanaşmalarında nə kimi dəyişikliklərin olacağı gözlənilir?
- Hazırda İran dövlətinin qalıb-qalmamasının özü sınaqdan keçirilir. Ona görə də bir vaxtlar mövcud olmuş hansısa geopolitik oyunlar və ya layihələrin aktual olduğu elə də inandırıcı deyil. İran elitası üçün hazırda ölüm-dirim məsələsi mövcuddur. Bundan sonra İran tərəfinin bu məsələlərlə bağlı fəallaşması belə gözlənilmir. Onlar hazırda digər məsələlərlə məşğuldurlar.

- Rusiya tərəfindən bu yaxınlarda Zəngəzur dəhlizi (Tramp marşrutu) ilə bağlı səslənən fikirlər nəyə hesablanmışdı? Kreml bununla nə deməyə çalışırdı?
- Əslində təbliğat xarakteri daşıyan qeyri-ciddi söhbətlərə çox da fikir vermək lazım deyil. Çünki bu kimi yanaşmalar reallıqdan uzaqdır. Hazırda Rusiyanın problemləri çoxdur. Ukrayna ilə müharibə fonunda Rusiyanın problemləri özünü daha qabarıq şəkildə göstərməkdədir. Ona görə də, Kremlin bu böhrandan çıxmasına çox vaxt lazım olacaq.

- Belə çıxır ki, Rusiya Cənubi Qafqazdakı proseslərə təsir imkanlarını itirib?
- Cənubi Qafqaz Kreml üçün maraqlı olsa da, onların bu regionda baş verən proseslərə təsir imkanları həddindən artıq məhduddur. İndiki mərhələdə diktə etmək işə yaramır. Bu artıq keçmişdə qalmış bir təzyiq növüdür. Birtərəfli qaydada diktə artıq keçərli deyil.

- Azərbaycanın əsas yanaşmaları necə olmalıdır?
- Ölkəmizin maraqlarının təmin edilməsi üçün mövcud siyasi proseslərdə fəal olmaq daha məqbuldur. Azərbaycanın gələcəyi məhz bu amillərlə bağlıdır.