Ekskluziv
351
09:39, Bu gün

"Ermənistan və Azərbaycanda getdikcə daha çox insan sülhün oyun deyil, gerçək olduğuna inanır..."-PAŞİNYAN

Ermənistanda və Azərbaycanda getdikcə daha çox insan sülhün oyun olmadığını, sülhün gerçək olduğunu anlamağa başlayır. İnsanlar sülhə nə qədər çox inanmağa başlasalar, ehtimal da bir o qədər artır.
 
Moderator.az xəbər verir ki,  "Armtimes" nəşrinin  yaydığı məlumata görə, Baş nazir Nikol Paşinyan bunu Tavuşda keçirilən seçki kampaniyası zamanı söyləyib və qeyd edib ki, onlar bu yolla gedirlər.
 
Sülhdən danışan Paşinyan bildirib ki, bu gün Kirants(Güney) kəndindəki erməni uşaqlar Azərbaycandan 30 metr aralıda qorxmadan futbol oynayırlar.
 
Moderator.az-dan zəruri arayış: 
Kirants(Güney, yaxud Günən)- Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, Azərbaycanın Qazax rayonuyla həmsərhəd indiki Karvansaray (İcevan) rayonunda kənd.
 
S.Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər