Aparıcı Cavid Gül paytaxtda yaranan sıx tıxaclardan şikayətlənib.
O, sosial şəbəkədə video paylaşaraq Afiyəddin Cəlilov küçəsi istiqamətində hərəkət edərkən uzun müddət tıxacda qaldığını bildirib:
“Afiyəddin Cəlilov küçəsi, “Megafun”dan yola çıxmışam, artıq 45-ci dəqiqəyə keçib. Hələ də Afiyəddin Cəlilovdayam. Hər gün bu yaşanmaqdadır. Dörd zolaqlı 8 Noyabr prospekti gəlib 2 zolaqlı Afiyəddin Cəlilovda ilişir. Qarşıdakı işıqforu da sanki 3-4 saniyəlik qoyublar. Hər gün bu problem var. 45 dəqiqəyə 900 metr gəlmişəm”.
Cavid paylaşdığı digər videoda isə vəziyyətin daha da ağırlaşdığını vurğulayıb:
“Rekordu yeniləyək, bayaq 45 dəqiqəyə 900 metr yol qət etmişdim. Hazırda isə 1 km yolu 1 saat 2 dəqiqəyə getmişəm. 17 dəqiqəyə 100 metr yol qət etmişəm”. (Axşam.az)