AAYDA: Lökbatan-Güzdək yoluna müvəqqəti alternativ yol salınır - VİDEO
138
14:13, Bu gün

AAYDA: Lökbatan-Güzdək yoluna müvəqqəti alternativ yol salınır - VİDEO

Bakının Lökbatan-Güzdək yolunun 2.2-ci km-də bərpa işlərinə başlanılıb.
 
Bu barədə Moderator.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
 
Məlumata görə, ərazidə rahat gediş-gəlişin təmin olunması üçün müvəqqəti alternativ yol salınır. Daha sonra sel sularının qəzalı vəziyyətə saldığı suötürücü qurğu söküləcək.
 
Paralel olaraq ərazidə yeni körpünün layihələndirilməsi işləri görüləcək.
 
Tikinti-bərpa işləri ölkə Prezidentinin sərəncamına uyğun olaraq aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər