“Həmin rejissora görə zalı tərk etdilər, tamaşaya qadağa qoyuldu” - Məlahət Abbasovadan şok ETİRAF + ÖZƏL
Ekskluziv
199
08:32, Bu gün

“Həmin rejissora görə zalı tərk etdilər, tamaşaya qadağa qoyuldu” - Məlahət Abbasovadan şok ETİRAF + ÖZƏL

“Bir neçə il əvvəl Azərbaycandakı teatrlardan birində tarixi şəxsiyyətlərin həyat yoldaşlarının başlarına açılan zülmləri tamaşa vasitəsilə göstərmişdilər. Deməli müəllif oradan-buradan eşitdiklərini götürüb yazıb, rejissor da tamaşa hazırlayıb. Sonradan mən eşitdim ki, o tamaşaya gələn şəxsiyyətlərin varisləri oradan çox böyük narazılıqla çıxmışdılar. Demək olar ki, zalı tərk etmişdilər. Səbəb də bütün məlumatların səhnədə tam əksinə əks olunması idi. Heç kimin ixtiyarı yoxdur ki, tarixi faktları tamaşaçıya olmadığı kimi göstərsin. Tamaşaçıya səhv məlumat vermək olmaz. Onlar tarixdirlər, tarixi şəxsiyyətlərdir. Çox heyif ki, bəzən belə hallar da olur. Buna görə həmin şəxsiyyətlərin varislərindən dəqiq və doğru məlumatı almaq lazımdır ki, tamaşaçıya da doğru məlumatları çatdırasan. Bundan əlavə icazə almaq mədəniyyəti də mütləq olmalıdır. Bu etik qaydadır və qanundur”.
 
Bunu Moderator.az-a açıqlamasında Əməkdar İncəsənət xadimi, Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova deyib.
O daha sonra Türkiyədə çalışdığı İstanbul Şəhər Teatrlarında varisin atasının əsərinə qadağa qoyması faktından danışıb:
 
“Türkiyənin məşhur yazarı Necip Fazıl Kısakürekin “Bir adam yaratmaq” adlı bir əsəri var idi. Biz teatrda bu əsəri səhnələşdirmişdik. Müəllifin varisini də tamaşaya dəvət etmişdik. Tamaşa gedə-gedə müəllifin oğlu əsəbləşdi və teatr rəhbərliyinə bildirdi ki, mən bu tamaşanın oynanılmasını istəmirəm. Tamaşa həmin gündən etibarən dayandırıldı. Çünki varislərin sözü çox keçərlidir. Əgər varisin etirazından sonra da tamaşa dayandırılmasaydı həmin şəxs teatr rəhbərliyini və rejissoru məhkəməyə verə bilərdi. Özünüz də bilirsiniz ki, Türkiyədə belə mövzular qanunla tənzimlənir”, - deyə sənətkar bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər