Bizi sosial şəbəkələrdən izləyin:
Ermənistanın Baş naziri Nikol Paşinyan və bir sıra hakim partiya üzvləri Şirak rayonunun Mastara icmasına baş çəkiblər. Güclü yağış və doluya baxmayaraq, vətəndaşlar Baş naziri dinləmək üçün toplaşıblar. Hökumət başçısı sakinlərdən evlərinə getmələrini və yağışda islanmamalarını xahiş edib və həm də bunu onlara tövsiyə edib.
Moderator.az xəbər verir ki, bu haqda "Armtimes" nəşri məlumat yayıb.
Erməni Baş nazir seçicilərinə müraciətlə deyib: "Ey insanlar, islanmayın, evinizə gedin, mən burada danışacağam, siz canlı dinləyəcəksiniz. Tibbi sığortanın olduğunu başa düşürük, amma gedin, xəstələnməyin..."
Cavab olaraq vətəndaşlardan biri yağışdan qaçmağa ehtiyac olmadığını bildirib: "Yağış da bir nemətdir..."
"Bəli, yaxşıdır, nəhayət ki, baharı gördük. Mastaradakı yağış fərqlidir", - Paşinyan belə deyib.
S.Laçın