Putin 10 gündür ki, kabinetindən çıxmır...-Elita çevriliş hazırlaya bilər...-
Ekskluziv
437
17:17, Bu gün

Putin 10 gündür ki, kabinetindən çıxmır...-Elita çevriliş hazırlaya bilər...-"Daily Star"

Rusiya diktatoru qəfildən ictimaiyyətin gözündən itib. Putin sonuncu dəfə 10 gün öncə ictimaiyyət arasında görünüb. Nəticədə Kreml liderinin səhhətinin pisləşməsi ilə bağlı məlumatlar dərhal yayılıb, lakin Rusiya prezidentinin Rusiyada dövlət çevrilişi şayiələri fonunda ictimai tədbirləri tərk etdiyi barədə də fərziyyələr var. 
 
Moderator.az "TSN"-ə istinadla xəbər veri ki, bu barədə "Daily Star" tabloid qəzeti yazır.
 
Putin Pasxa mərasimində iştirak edib: Niyə yoxa çıxıb?..
 
Nəşr bildirir ki, Putinin son şəkilləri 10 gün əvvəl, Pasxa mərasimində iştirak edərkən dərc edilib və bu, onun Kremlin xaricində sonuncu dəfə görünməsi olub. Kreml bildirir ki, o, bu müddətdə kabinetində görüşlər keçirib, lakin diktator ictimaiyyət arasında görünməyib.
 
"Foto-şəkillərdə Putinin möhtəşəm, dəbdəbəli şəkildə bəzədilmiş bir kafedralda əlində yanan qırmızı şam tutaraq dayandığı görünür. Tünd rəngli kostyum və qırmızı qalstuk geyinmiş prezident dini mərasimdə iştirak edərkən bir qədər təcrid olunmuş görünürdü. Fotoda o, Moskva meri Sergey Sobyaninin yanında dayanır. Mərasim zamanı müxtəlif məqamlarda Putin xaç çəkir, yaxalığını düzəldir və sakitcə merlə söhbət edir", - deyə media orqanı bildirib.
 
Kreml ənənəvi olaraq Putinin sağlamlığı ilə bağlı hər hansı bir fərziyyəni tamamilə əsassız hesab etsə də, onun bu yaxınlarda gündəlik televiziya verilişlərindən və planlaşdırılan görüşlərdən yoxa çıxması diktatorun nəsə problemi olması barədə bir sıra yeni şayiələrə səbəb olub.
 
"Alaqaranlıq" əməliyyatı: Rusiyada çevrilişə kim cəhd edib?..
 
Nəşr yazır ki, bir neçə gün öncə Rusiyada dövlət çevrilişi barədə xəbərlər yayılıb. Güman edilir ki, Putinin hərəkətlərindən qəzəblənmiş və bezmiş Kremlin yüksək rəhbərliyi onu aradan qaldırmaq üçün bir plan hazırlayıb.
 
Putinin tanınmış tənqidçisi İqor Eydman iddia edir ki, on il ərzində ilk dəfə olaraq hakimiyyət dinamikası Putinə qarşı çevrilməyə başlayır. Axı, onun yaxın çevrəsinin maraqları "kökündən diktatorun maraqları ilə uzlaşmır".
 
Eydman deyir ki, hazırda Rusiyada hökm sürən görünməmiş və mürəkkəb vəziyyət Putin administrasiyası üçün "çox təhlükəli durum" yaradacaq.
 
Estoniya kəşfiyyatı həmçinin Putinin " "Alaqaranlıq" əməliyyatı" adlandırılan hakimiyyət mübarizəsi ilə üzləşə biləcəyini göstərir. Ölkədə problemlər artdıqca iqtisadi, siyasi və hərbi liderlər öz sərvətlərini qorumaq üçün ona qarşı üsyan edirlər.
 
Bu, oliqarxların və tanınmış iş adamlarının tarixən Rusiyada Putinin hakimiyyətini qorumaqda fundamental rol oynamasına baxmayaraq baş verir. Ukraynaya təcavüzdən və dörd illik müharibə və sanksiyalardan sonra ölkənin ən varlı insanlarının bir çoxunun sərvəti dağıdıcı zərbələr alıb.
 
Xatırladılır ki, bu günlərdə ABŞ Putinin peyklərə nüvə hücumuna hazırlaşdığı barədə xəbərdarlıq edib. ABŞ Kosmik Komandanlığının rəhbəri general Stiven Uaytinq Donald Tramp administrasiyasının Kremlin planlarından "çox narahat" olduğunu bildirib. Axı, peyklərə hücum bütün dünyanı xaosa qərq edərdi.
 
Həmçinin, 20 aprel gecəsi Rusiya prezidenti Vladimir Putinin kortejinin təcili olaraq Moskvada Kremlə yola düşdüyü iddia edilib. Kreml liderinin kortejinin təcili səfərinin görüntüləri Rusiyanın telegram- kanallarında yerləşdirilib.
 
S.Laçın
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər