"Rusiya dövlətçiliyinin təşəkkülündə türk xalqları böyük rol oynayıb..."
"Türkdilli xalqlar Rusiyanın bir parçasıdır, bu mənada türk xalqı və başqa türkdilli xalqlar bizim dostlarımızdır..."
"Altay dili qədim türk dillərinə aiddir, mahiyyət etibarilə türk dillərinin bazasını təşkil edir..."
Putin tükdilli xalqların Rusiyanın təşəkkülündə mühüm rol oynadığını qeyd edib.
Moderator.az xəbər verir ki, bu barədə Türkiyənin "Medya Günlüğü" nəşri yazıb.
Rusiya dövlətçiliyinin yaranmasımın 1160-ci ildönümünə həsr edilən mərasimdə çıxış edən prezident Putin vurğulayıb ki, Rusiya slavyan, fin-uqor, türk və digər tayfaları öz qanadı altında birləşdirib.
Rusiya prezidenti Vladimir Putin bəyan edib ki, ölkədə yaşayan türk xalqları Rusiya dövlətçiliyinin təşəkkül tapmasında böyük rol oynayıb.
Velikiy Novqorod şəhərində Rusiya dövlətçiliyinin yaranmasının 1160-cı ildönümünə həsr edilən mərasimdə çıxış edən Rusiya prezidenti qeyd edib ki, bu şəhərin ölkə tarixində böyük əhəmiyyəti var.
Türk xalqlarının Rusiya dövlətçiliyinin tarixindəki rolundan danışarkən, Vladimir Putin vurğulayıb:
"Buradan ilk rus Ryurikoviçlər sülaləsinin drujinaçılarının yürüşləri başlayıb, Avropanın slavyan, fin-uqor, türk və başqa tayfalarını öz qanadının altında birləşdirən ən iri dövləti yaranıb".
O, həmçinin Rusiya qəhrəmanlarını xatırladaraq qeyd edib: .
"Biz bu gün ötən əsrlərin dərinliklərinə nəzər yetirərək anlayırıq ki, öz əcdadlarımızın ənənələrini nəinki qorumalı, həm də ləyaqətlə davam etdirməliyik. Hər birimizin üzərinə Rusiya üçün, bizim nəhəng və sevimli vətənimizin qorunması üçün həddən artıq böyük məsuliyyət düşür".
Vladimir Putin əvvəllər də ölkədə yaşayan türkdilli xalqların rolunu qeyd edib.
2015-ci ilin dekabrında illik mətbuat konfransında jurnalistlərin suallarına cavab verərkən Rusiya lideri bəyan edib:
"Türkdilli xalqlar Rusiyanın bir hissəsidir, bu mənada türk xalqı və başqa türkdilli xalqlar bizim dostlarımızdır".
2000-ci ildə hakimiyyətə gələn Putin Tatarstan Respublikasında keçirilən Sabantuy tatar milli bayramında iştirak edib və tədbir onun çox xoşuna gəlib.
2010-cu ildə Qazan şəhərinin əsasının qoyulmasının 1000 illiyi münasibətilə təntənəli tədbirdə Putin hamını heyrətə gətirərək tatar dilində çıxış edib, həmçinin, Rusiyada yaxşı məlum olan "rusu qaşısan tatarı tapacaqsan" ifadəsini işlədib.
2014-cü ildə Putin xatırladıb ki, 1612-ci ildə məhz tatar Rusiyanı Polşa işğalçılarından azad edib. Rusiya lideri tatar mənşəli Kuzma Minini nəzərdə tutub. O, xalq könüllülərindən ibarət dəstə yaradaraq ölkəni işağlçılardan azad edib. Bu əlamətdar hadisəni əbədiləşdirmək üçün hər il Rusiyada 4 noyabr xalq birliyi Günü kimi qeyd edilir.
2014-cü ildə rusiyalı arxeoloqlar Sibirdə qazıntılar zamanı vaxtilə regionda mövcud olmuş böyük türk xaqanlığı döyüşçüsünün geyim dəstini aşkar edib. Sibir alimləri bu artefaktları hədiyyə olaraq Vladimir Putinə göndərib, o da onları Moskva Kremlinin Muzeyinə hədiyyə edib.
Hər ilin sonunda keçirilən mətbuat konfrasında Putin tez-tez tatar jurnalistlərinə söz verir və zarafatla deyir: "Onlarsız ötüşmək mümkün deyil".
Mətbuat konfranslarının birində Putin Rusiya ilə islam dünyası arasında əməkdaşlığın vacibliyindən danışıb və qeyd edib ki, Moskvanın mərkəzində bəzi küçələr tatar adlarını daşıyır.
Putinin Tatarstan Respublikasına səfəri zamanı respublika rəhəri Rüstəm Minnixanov Rusiya liderinə Osmanlı üslubunda osmanlı hakimlərinin rəmzi olan tuqra bağışlayıb. Və əlavə edib: "Onun üzərində yazılıb: "Daima zəfər çalan Vladimir Vladimiroviç Putin".
2019-cu ildə Rusiya və xarici jurnalistlər üçün ənənəvi mətbuat konfrasında Rusiya prezidenti qədim türk dili mövzusuna toxunub.
Rusiyanın türk dilində danışan Altay diyarından olan jurnalist qadın deyib:
"Altay Respublikasında yeganə şəhərdə, yeganə məktəbdə uşaqlara bütöv proqram üzrə altay dili öyrədilir", - və Rusiya liderindən məktəb üçün yeni binanın tikilməsinə kömək etməyi xahiş edib.
Buna cavab olaraq Vladimir Putin deyib: "Ümumiyyətlə, altay dili qədim türk dillərinə aiddir, mahiyyət etibarilə bu, xeyli dərəcədə başqa türk dillərinin bazasını təşkil edir. Xeyli dərəcədə yox, demək olar ki, 100 faiz. Ona görə də biz milli mədəniyyətlərin, adətlərin, dillərin öyrənilməsinə daha çox diqqət yetirməliyik. Əgər üstəlik milli dildə tədris edən məktəb pis vəziyyətdədirsə, əlbəttə, bu, yolverilməzdir. Siz mənə deyirsiniz "məktəbi qoruyub saxlayaq və bərpa edək", mən də sizə söz verirəm ki, bunu edəcəyik".
Müəllif: Fuad Səfərov