22:21
17°C
Bakı
Çexiyanın "Çeske-Budeyovitse" futbol klubunun hücumçusu Viktor Udo 21 yaşında vəfat edib.
Moderator.az-ın "Nieuwsblad"a istinadən verdiyi xəbərə görə, bu barədə klubun mətbuat xidməti açıqlama yayıb.
Futbolçu Nigeriyadakı evində ölü vəziyyətdə tapılıb. Mənbənin bildirdiyinə görə, Udo Çexiyadakı mövsüm başa çatdıqdan sonra istirahət üçün Nigeriyaya yollanmışdı.
Hazırda onun ölüm səbəbi açıqlanmır.
Viktor Udo Nigeriyanın "Abuca" klubunun yetirməsi idi. O, 2023-cü ilin martında Belçikanın "Antverpen" klub sisteminə keçmişdi. 2024-cü ilin əvvəlində əsas komandaya cəlb olunan futbolçu burada 28 oyun keçirib.
2025-ci ilin fevralında hücumçu "Sauthempton"a transfer olunub, daha sonra isə "Çeske-Budeyovitse" klubuna keçib.