Dünya
145
15:20, Bu gün

"TikTok" sahibini varlandırır

"TikTok"un qurucusu Çjan Yiming hindistanlı milyarder Mukeş Ambanini keçərək Asiyanın ikinci ən varlı sahibkarı olub.
 
Moderator.az xəbər verir ki, bu barədə  "Bloomberg Billionaires Index" məlumat yayıb.
 
Çjan Yimingin sərvəti 92,8 milyard dollara çataraq Çinin ən varlı insanı mövqeyini möhkəmləndirib. "TikTok"un həmtəsisçisi olan "ByteDance"ın sahibinin də sərvəti yeddi dəfədən çox artıb. Onun sərvəti qlobal video platformasının uğuru və ByteDance-ın çoxfunksiyalı süni intellektlə işləyən "Doubao№ çatbotunun artan populyarlığı fonunda artıb.
 
"Capital Securities" analitiki Amy Lin bildirib ki, maliyyə aktivlərindəki kəskin artım şirkətin "güclü fundamental göstəricilərini və Çindəki Doubao kimi tətbiqlərinin uğurunu" əks etdirir.
 
Ambani 86,9 milyard dollarlıq sərvəti ilə Asiyanın ən varlılar siyahısında üçüncü yerə düşüb, Hindistanlı milyarder Qautam Adani isə 117 milyard dollarlıq sərvəti ilə onu geridə qoyub.
 
Dünyanın ən varlı insanlarının reytinqində ilk yerdə amerikalı iş adamı İlon Mask dayanır. Onun sərvəti "Bloomberg Billionaires Index"ə görə 726 milyard dollara çatır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər