Təyyarə yerə çırpıldı - Sağ qalan yoxdur
Dünya
152
00:00, Bu gün

Təyyarə yerə çırpıldı - Sağ qalan yoxdur

ABŞ-nin Nyu-Meksiko ştatında yüngülmühərrikli tibbi təyyarənin qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub.

Moderator.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi yerli hökumət orqanlarına istinadən məlumat yayıb.

Hadisə Ruidoso şəhəri yaxınlığında baş verib.

Rəsmilərin sözlərinə görə, təyyarə yerə çırpıldıqdan sonra göyərtədə olan dörd nəfərin heç biri sağ qalmayıb. Linkoln dairəsinin rəhbəri Ceyson Berns qəzanın səbəblərinin hələlik məlum olmadığını bildirib.

Təyyarənin düşdüyü ərazidə güclü yanğın başlayıb. Yanğınsöndürmə idarəsinin məlumatına əsasən, alov təxminən iki hektar sahəni əhatə edib. Hadisə yerində xilasetmə və istintaq qrupları işləyir.

Link kopyalandı!
Son xəbərlər