İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ və İsrailin İrana qarşı əməliyyatı zamanı BƏƏ-yə gizli səfər edib.
Moderator.az-ın "Times of Israel" qəzetinə istinadən məlumatına görə, bu barədə B.Netanyahunun Dəftərxanası xəbər yayıb.
Məlumata görə, Netanyahu BƏƏ Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşüb.
"Bu səfər İsrail və BƏƏ arasındakı münasibətlərdə tarixi irəliləyiş yaratdı", - məlumatda deyilir.
Həftənin əvvəlində ABŞ-nin yüksək vəzifəli rəsmiləri İsrailin İranla müharibə zamanı onu idarə etmək üçün BƏƏ-yə "Dəmir günbəz" batareyası və əsgər göndərdiyini təsdiqləyiblər.
Ərəb rəsmiləri "The Wall Street Journal"a bildiriblər ki, bundan əlavə, "Mossad" rəhbəri David Barnea İranla müharibə zamanı münaqişə zamanı səyləri əlaqələndirmək üçün azı iki dəfə BƏƏ-yə səfər edib.
Qeyd olunur ki, bu iki ölkə həmçinin İranın böyük neft-kimya kompleksinə hücumu əlaqələndirib.