Qəddafi-Sarkozi əlaqələri ilə bağlı yeni təfərrüat üzə çıxdı
Dünya
172
22:20, Bu gün

Qəddafi-Sarkozi əlaqələri ilə bağlı yeni təfərrüat üzə çıxdı

Fransa prokurorluğu apellyasiya prosesi çərçivəsində ölkənin sabiq prezidenti Nikolya Sarkoziyə 2007-ci il prezident seçkisi kampaniyasının Liviyadan maliyyələşdirilməsi işi üzrə yeddi il həbs cəzası verilməsini tələb edib.

Moderator.az xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.

Məlumata görə, prokurorluq sabiq prezidenti "liviyalılarla korrupsiya sövdələşməsinin təşəbbüskarı" hesab edir.

"Sarkozi olmasaydı, bütün bu görüşlərin və pul köçürmələrinin heç bir mənası olmazdı", - deyə iş üzrə çıxış edən üç prokurordan biri Damyen Bryüne bildirib.

Liviya lideri Müəmmər Qəddafinin Nikolya Sarkozinin seçki kampaniyasını maliyyələşdirməsi ilə bağlı məlumat ilk dəfə 2011-ci ilin martında ortaya çıxıb. Qəddafinin oğlu Seyf əl-İslam "Euronews" telekanalına müsahibəsində Fransa prezidentindən verilən vəsaitin geri qaytarılmasını tələb etdiklərini bildirib. Yelisey Sarayı isə bu iddiaları təkzib edib.

2012-ci ilin mayında "Mediapart" nəşri Qəddafinin Sarkozinin seçki kampaniyasına 50 milyon avro ayırdığını yazıb və bununla bağlı sənəd yayımlayıb.

Nikolya Sarkozi 2025-ci ilin sentyabrında cinayətkar qrupda iştirak ittihamı üzrə təqsirli bilinərək beş il azadlıqdan məhrum edilib. Lakin məhkəmə 2007-ci il seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi faktını təsdiqləməyib.

O, 2025-ci ilin oktyabrında cəza çəkməyə başlasa da, daha sonra Apellyasiya Məhkəməsinin qərarı ilə həbsdən azad edilərək məhkəmə nəzarətinə buraxılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər