Rütbəsixa0 mayordan yuxarı olan erməni hərbçilər Zəngəzurdakı döyüşə buraxılmayıb...
Dünya
1431
19 Nov 2021 | 09:55

Rütbəsixa0 mayordan yuxarı olan erməni hərbçilər Zəngəzurdakı döyüşə buraxılmayıb...

Bir neçə gün əvvəl Zəngəzurda Azərbaycan və Ermənistan hərbçiləri arasında baş verən insident zamanı qarşı tərəfin mayor rütbəli şəxslərinə döyüş mövqelərinə, qaynar nöqtələrə qalxmağa icazə verilməyib.
 
Moderator.az-ın bir az öncə “Hraparak” qəzetinə istinadla yaydığı məlumatı “Qafqazinfo” bir qədər başqa səpkidə təqdim edib. 
 
Nəşr yazır ki, bu məlumatı iki müxtəlif vəzifədə olan hərbçilər də təsdiqləyib. Onların sözlərinə görə, Müdafiə Nazirliyinin xüsusi təyinatlı alayının zabitləri, eləcə də xarici kəşfiyyat xidməti döyüş əməliyyatlarının ən həlledici məqamında mövqelərə qalxmağa cəhd edərkən onlara qadağa qoyublar. Bildirilib ki, bu, yeni təyin olunmuş müdafiə naziri Suren Papikyanın əmridir və o qeyd edib ki, vəzifəsi mayordan yüksək olanlar döyüş mövqelərinə buraxılmasın.
 
Həmçinin məlumatda qeyd olunur ki, hökumət Ermənistanda yerləşən 102-ci hərbi bazanın dəstəyindən də imtina edib və Zəngəzurdakı hərbi bazanın ikinci korpusunun komandiri erməni əsgərlərinə dəstək vermək istəyəndə ona da icazə verilməyib. 
 
Ermənistanın Müdafiə Nazirliyi isə yüksək rütbəli zabitlərin mövqelərə buraxılmaması ilə bağlı yayılan bu məlumatları təkzib edib.
Link kopyalandı!
Son xəbərlər