Ceyhun Bayramovla ATƏT sədri regiondakı vəziyyəti müzakirə etdi
Dünya
829
18 Nov 2021 | 14:39

Ceyhun Bayramovla ATƏT sədri regiondakı vəziyyəti müzakirə etdi

ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı olub.
 
Bu barədə Ann Linde “Twitter” səhifəsində yazıb.
 
Telefon danışığı zamanı regiondakı son vəziyyət müzakirə olunub.
 
“Mən tərəfləri deeskalasiya prosesinə davam etməyə çağırdım. Minsk qrupunun həmsədrləri və şəxsi nümayəndəmin fəaliyyətinə dəstəyimi bir daha təkrar etdim”, - ATƏT sədri bildirib.(oxu.az)
Link kopyalandı!
Son xəbərlər