Cəmiyyət
3404
18 Nov 2021 | 13:34

"Əsir götürülən 12 diversantı qaytarmaq lazım deyil, onlar məhkəmənin hökmü ilə cəzalandırılmalıdır”

“Hesab edirəm ki, Şanlı Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində çox böyük qələbələr qazandı. Lakin bu qələbələrimizi sona çatdırmağa imkan vermədilər. Burda çox adamların, o cümlədən Putinin təsiri oldu”
 
Bunu Moderator.az-a açıqlamasında sabiq baş prokuror Əli Ömərov son erməni təxribatı haqda danışarkən deyib. O, Azərbaycan Ordusunun bütün torpaqlarımıza üçrəngli bayrağımızı sancacağına inandığını bildirib: 
 
“İndi də ruslar Xocalıda soyqırım abidəsi tikmək əvəzinə, kilsə tikdilər. Bu isə Azərbaycanın suverenliyinə ziddir. Bizim bütün Qarabağ ərazisində suverenliyimizi tam bərpa etmək üçün gözəl imkanlarımız var. Azərbaycanın dəmir yumruğu yenə qüvvədədir. Ruslar təxribat törədirlər və bunlara qarşı mübarizə aparıb bayrağımızı Xocalıya, Xankəndiyə taxmaq lazımdır. Hesab edirəm ki, bu dəfəki təxribatlardan sonra bayrağımızı vətən torpaqlarımızın hamısına taxacağıq və beləliklə də Azərbaycan tam suveren hüquqlarını bərpa etmiş olacaq. Düşünürəm ki, əsir götürülən 12 erməni diversantını da qaytarmaq lazım deyil. Onlar da məhkəmə qarşısına çıxarılıb cəzalandırılmalıdır”.
 
Vasif Əlihüseyn
Link kopyalandı!
Son xəbərlər