Avrasiya Yəhudi Konqresinin prezidenti İlham Əliyevə təbrik ünvanlayıb
Siyasət
208
19:40, Bu gün

Avrasiya Yəhudi Konqresinin prezidenti İlham Əliyevə təbrik ünvanlayıb

Avrasiya Yəhudi Konqresinin prezidenti Mixail Mirilaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

Moderator.az xəbər verir ki, təbrikdə deyilir:

"Çox hörmətli cənab Prezident.

Avrasiya Yəhudi Konqresi adından və şəxsən öz adımdan Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.

Bu bayram Azərbaycanın suverenliyinin, milli ləyaqətinin və ardıcıl inkişafının rəmzidir. Ölkəniz Sizin rəhbərliyinizlə beynəlxalq arenada mövqelərini inamla möhkəmləndirir, sabitlik, iqtisadi artım, eləcə də millətlərarası və dinlərarası həmrəylik prinsiplərinə sadiqliyini nümayiş etdirir.

Azərbaycanda formalaşmış qarşılıqlı hörmət və tolerantlıq mühitini, həmçinin yəhudi irsinin qorunmasına və ölkədəki yəhudi icmasının inkişafına göstərilən xüsusi diqqəti yüksək qiymətləndiririk. Bu ənənələr xalqlar arasında dinc birgəyaşayışın və qarşılıqlı anlaşmanın mühüm nümunəsidir.

Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh, rifah və firavanlıq arzulayıram".

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər