WUF13 “Bakı Fəaliyyət Çağırışı” ilə yekunlaşacaq, gələcək istiqamətlər müəyyənləşəcək
Siyasət
276
18:37, Bu gün

WUF13 “Bakı Fəaliyyət Çağırışı” ilə yekunlaşacaq, gələcək istiqamətlər müəyyənləşəcək

WUF13 “Bakı Fəaliyyət Çağırışı” ilə yekunlaşacaq.

Moderator.az xəbər verir ki, bunu Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13‑cü sessiyası (WUF13) çərçivəsində Türk Dövlətləri Təşkilatının (TDT) Yüksək Səviyyəli Şəhər Dialoqunda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev deyib.

O qeyd edib ki, bu sənəd mənzil, dayanıqlı urban inkişafı üzrə gələcək istiqamətləri müəyyən edəcək.

Anar Quliyev Azərbaycanda yenidənqurma sahəsində aparılan işlərdən də danışıb: “Bu sahədə Qarabağ və Şərqi Zəngəzurun bərpası xüsusi əhəmiyyət daşıyır. Uzun illər işğal və dağıntılardan sonra biz sadəcə əvvəlkini bərpa etmirik, “build back better” prinsipi ilə tamamilə yeni şəhərlər və kəndlər qururuq. Bu model “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl enerji”, insan mərkəzli dizayn prinsiplərinə əsaslanır. İqlim və “yaşıl tikinti” sahəsində isə beynəlxalq maliyyə institutları ilə birlikdə Azərbaycanın “yaşıl tikinti” yol xəritəsini hazırlayırıq”.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər