Bakıda TDT ölkələri arasında memorandum imzalanıb
Siyasət
218
18:17, Bu gün

Bakıda TDT ölkələri arasında memorandum imzalanıb

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında şəhər və ərazi planlaşdırılması, həmçinin davamlı inkişaf sahələrində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.

Moderator.az xəbər verir ki, imzalama mərasimi "Urban Expo" sərgisindəki Azərbaycan pavilyonunda işə başlayan Türk Dövlətləri Təşkilatının Yüksəksəviyyəli Şəhər Dialoqu çərçivəsində baş tutub.

TDT baş katibi vurğulayıb ki, bu yanaşma artıq region ölkələrində həyata keçirilən layihələrdə öz əksini tapır:

"Azərbaycanda Qarabağ və Şərqi Zəngəzurda icra olunan "ağıllı kənd" və "ağıllı şəhər" layihələri, Qazaxıstanda Alatau və Astananın yüksək texnologiyalar əsasında inkişafı, eləcə də Qırğızıstanda dayanıqlı dağ urbanizmi üzrə rəqəmsal monitorinq təşəbbüsləri buna nümunədir".

"BMT-nin Məskunlaşma Proqramı - UN-Habitat ilə 2026-2027-ci illəri əhatə edən yeni əməkdaşlıq fəaliyyət planı hazırlanır", - deyə baş katib əlavə edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər