Siyasət
133
21:50, Bu gün

"Haber Global": İlham Əliyev və Məhəmməd Şahbaz Şərif ikitərəfli münasibətləri müzakirə ediblər - VİDEO

"Azərbaycan Prezidenti İlham Əliyevlə Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında telefon danışığı baş tutub. İki lider Pakistan və Azərbaycan arasında möhkəm qardaşlıq və dostluq əlaqələrini bir daha təsdiqləyiblər.

Moderator.az xəbər verir ki, bu barədə "Haber Global"ın hazırladığı videomaterialda qeyd olunub.

 

 

Süjetdə, həmçinin Türk Dövlətləri Təşkilatının Qazaxıstanda baş tutacaq Zirvə görüşü barədə də məlumat verilib. Bildirilib ki, tədbir Türküstan şəhərində keçiriləcək. Zirvə görüşünün mövzusu süni intellekt və rəqəmsal inkişaf olacaq.

"Türk dünyasının liderləri bir araya gələcəklər, regional inkişaf məsələləri, əməkdaşlıq imkanları müzakirə olunacaq. İnkişaf etməkdə olan texnologiyaların, xüsusən də süni intellektin transformativ potensialı qiymətləndiriləcək. Prezident Rəcəb Tayyib Ərdoğanın səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli görüş və əməkdaşlığa yönəlmiş görüş keçirilməsi gözlənilir" , - deyə süjetdə qeyd olunub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər