22:51
20°C
Bakı
Pakistanın şimal-qərbində yerləşən Lakki Mərvət rayonunda bazarda partlayış baş verib.
Moderator.az xəbər verir ki, partlayış nəticəsində azı 7 nəfər - 2 polis əməkdaşı və 5 mülki şəxs - ölüb, bir neçə nəfər yaralanıb. Yaralıların dəqiq sayı hələ açıqlanmayıb.
Hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır.
Qeyd edilib ki, hadisə Pakistan-Əfqanıstan sərhədinə yaxın Xayber-Paxtunxva əyalətində qeydə alınıb. Bölgədə son illərdə tez-tez silahlı qruplaşmaların hücumları baş verir.