Fridrix Merts açıqlamalarına görə fitə basıldı
Dünya
122
21:40, Bu gün

Fridrix Merts açıqlamalarına görə fitə basıldı

Almaniya Kansleri Fridrix Merts ölkənin Həmkarlar İttifaqları Konfederasiyanın qurultayında çıxış edərkən etirazlarla qarşılaşıb və fitə basılıb.

Moderator.az xəbər verir ki, bu barədə "Tagesschau" portalı məlumat yayıb.

Bildirilib ki, hökumət başçısı çıxışında irimiqyaslı sosial islahatların həyata keçirilməsinin zəruriliyini vurğulayıb. Nəşr aydınlaşdırır ki, qurultay iştirakçıları Mertsin hökumət tərəfindən icbari tibbi sığorta xərclərinin azaldılması ilə bağlı qəbul edilən tədbirləri xatırlatmasından sonra onu fitə basmağa başlayıblar.

Bundan əlavə, kansler Almaniyada gələn yay icrası planlaşdırılan pensiya islahatından da danışıb. Siyasətçi bu təşəbbüsün reallaşdırılmasını ən çətin vəzifə adlandırıb və planın onun tərəfindən hər hansı bir pis niyyətlə hazırlanmadığını xüsusi qeyd edib. Bu ifadə də çıxışı dinləyənlərin narazılığına səbəb olub, insanlar Mertsin nitqini etiraz səsləri və fitlə kəsiblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər