“Ayının bir iyrənc xisləti var: şikarını iylədib yemək - bu saat Rusiya Ermənistanı iylətməkdədir...”
Ekskluziv
800
17:37, Bu gün

“Ayının bir iyrənc xisləti var: şikarını iylədib yemək - bu saat Rusiya Ermənistanı iylətməkdədir...”

“Nə vaxta qədər ki, Ermənistan parlamenti Ermənistanla Rusiya arasındakı Hərbi sazişi ləğv etmək barədə qərar çıxarmayıb,  Paşinyanın Moskvanın caynağından tamamilə qurtarmaq istiqamətində real nəsə edəcəyinə inanmaq gülüncdür...”
 
“Qarabağ klanı Qarabağda olan erməniləri Ermənistana ona görə köçürtdü ki, İrəvanda dayaqları güclü olsun,  nəticədə Paşınyana  ciddi təzyiq göstərsinlər və son anda hakimiyyəti ələ alsınlar...”
 
“Hesab edirəm ki, Putinin Ermənistanla bağlı dediklərini hədə-qorxu saymaq doğru deyil. Bu sadəcə olaraq ermənilərin qulaqlarını burmaqdır.Yadınızdan çıxmasın, dünya siyasətində Rusiyanı ac ayıya bənzədirlər. Ayının isə bir iyrənc xisləti var - şikarını iylədib yemək. Bu saat Rusiya Ermənistanı iylətməkdədir...
 
Nikol Paşinyandan əvvəlki ölkə rəhbərləri- prezidentlər Rusiya ilə bağladıqları sazişlərdə ölkələrini faktiki “Forpostan” adlandırıb, 49 il müddətində Rusiya bazalarını və hərbi kontingentlərini saxlamağı Ermənistanın büdcəsi hesabına edəcəklərinə qol çəkiblər. Nə vaxta qədər ki, Ermənistan parlamenti Ermənistanla Rusiya arasındakı Hərbi sazişi ləğv etmək barədə qərar çıxarmayıb,  Paşinyanın Moskvanın caynağından tamamilə qurtarmaq istiqamətində real nəsə edəcəyinə inanmaq gülüncdür”. 
 
Bu fikirləri Moderator.az əməkdaşının “Moskvadakı 9 may paradı zamanı Putinin Ermənistanla, Cənubi Qafqazla bağlı söylədikləri (dolayısıyla hədə-qorxu gəlməsi) fonunda Paşinyan hakimiyyətinin və ümumiyyətlə, Cənubi Qafqazın gələcəyini necə görürsüz?” sualını cavablandıran siyasi analitik Tahir Cəfərli söyləyib. 
 
“Yadınıza Donald Trampın “Sülh Şurası”nı yaratdığı günü və onun dediklərini salın. Tramp açıq şəkildə dedi ki, Cənubi Qafqaz Rusiyanın strateji marağındadır. Aydındır ki, ABŞ-la Rusiya Ukraynada eyni oyunu oynayırlar. Bu müharibə Avropa İttifaqının dağılmasına və “yevro”nun ləğv edilməsinə yönəldilib. Hörmüzün blokadası da elə bununla bağlıdır. Neftin qiymətinin 120 dllara qalxması ABŞ-ın iqtisadi marağındadır...
   
Rusiyanın Ermənistanı öz şikarı kimi iyləndirməsi elə Qarabağ klanının yenidən ortaya düşüb, hakimiyyət davası etməsi deməkdir. Qarabağ klanı Qarabağda olan erməniləri Ermənistana ona görə köçürtdü ki, İrəvanda dayaqları güclü olsun,  nəticədə Paşınyana  ciddi təzyiq göstərsinlər və son anda hakimiyyəti ələ alsınlar...
   
Buna bayaq adını çəkdiyim “Hərbi” saziş də imkan verir. Odur ki, Paşinyanı “rusun adamı” saymamaq gülüncdür. Nə vaxta qədər ki, bu saziş  mövcuddur, Rusiyanın Ermənistanı itirmək qorxusu yoxdur”, - deyə davamında siyasi həmsöhbətimiz bildirib. 
 
Analitik hesab edir ki, ümumiyyətlə Cənubi Qafqaza, dərinə getsək, onun taleyi Hörmüz körfəzində həll olunur:
 
“O ki qaldı, çünki dünyanın geo-siyasi vəziyyəti elə həddə çatıb ki, ABŞ öz iqtisadi qüdrətini saxlamaq üçün, neftin qiymətini qaldırmalıdır. Nəyin bahasına olursa-olsun... ABŞ-İran müharibəsinin iqtisadi əsası elə neftin qiymətinin qaldırılmasıdır. Amerika bölgədə müharibə etməklə hər şeydən əvvəl İranın qüdrətli dövlət olduğunu dünyaya göstərdi. Bunu  mən demirəm, bunu bir-neçə gün bundan əvvəl Çinin rəhbəri İranla bağlı müsahibəsində dedi...
 
Aydındır ki, İran generallarının Ermənistanla bağlı dediklərini  nəzərə alsaq, bu ölkə heç cür istəməz ki, Ermənistan ərazisi  ABŞ üçün hərbi platsdarma çevrilsin. Kimlərsə dərhal İranın Ermənistana girəcəyini düşünsələr də, Hərbi saziş bu funksiyanı Rusiyanın üzərinə qoyur. Beləliklə, Ermənistanın və başqa Cənubi Qafqaz respublikalarının İran tərəfindən vurulmasının qarşısını istəsək də, istəməsək də, ancaq Rusiya ala bilir. Bununla belə, inanılası deyil ki, Lavrovun sözünə görə, Cənubi Qafqaz respublikaları ilə Vladimir Putin bu ölkələrlə bağladığımız sazişlər əsasında münasibət quracaqlar.  Əlbəttə ki, Rusiya xarici işlər  nazirinin dediyi sözlərdən belə çıxır ki, Rusiya sakit durub, bu ölkədə nə baş verəcəyini gözləyəcəkdir və bu sazişlər əsasında hərəkət edəcəkdir”.  
 
“Putinin Ermənistanla bağlı dediklərinin arxasında, faktiki olaraq Paşinyanın reklamı gedir. Bu çıxış onun reytinqini qaldırır. Ermənistan Parlamentinin Rusiya ilə bağlı sazişləri ləğv etməməsi, bizə əsas verir ki, Paşinyanın yenidən seçiləcəyi təqdirdə Qarabağ klanının Paşinyanın cızıqdan çıxmasına imkan verməmək üçün  yenə də təzyiq mexanizmi olaraq qalacağını proqnozlaşdıraq”,  -deyə Tahir Cəfərli vurğulayıb.
    
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər