Afinada Azərbaycan və Yunanıstan arasında siyasi məsləhətləşmələr keçirilib
Siyasət
61
19:10, Bu gün

Afinada Azərbaycan və Yunanıstan arasında siyasi məsləhətləşmələr keçirilib

12 mayda Afina şəhərində Azərbaycan Respublikası və Yunanıstan Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

XİN-dən Moderator.az-a verilən xəbərə görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Yunanıstan nümayəndə heyətinə isə bu ölkənin xarici işlər nazirinin müavini Aleksandra Papadopulu rəhbərlik edib.

Görüş çərçivəsində Azərbaycan və Yunanıstan arasında mövcud olan siyasi dialoqun hazırkı vəziyyəti ətraflı nəzərdən keçirilib, mütəmadi olaraq müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin vacibliyi qeyd olunub.

Məsləhətləşmələr zamanı həmçinin ticarət-iqtisadi, humanitar, elm və təhsil sahələrində, o cümlədən Azərbaycanın iştirakı və təşəbbüsü ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri çərçivəsində əlaqələrin inkişafına dair perspektivlər müzakirə edilib, habelə beynəlxalq təşkilatlar çərçivəsində təmasların və əməkdaşlığın davam etdirilməsi ilə bağlı məmnunluq ifadə olunub.

Görüş zamanı regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa, yenidənqurma və minatəmizləmə işləri barədə qarşı tərəfə ətraflı məlumat verilib, eləcə də qarşılıqlı maraq kəsb edən digər regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər