20:08
22°C
Bakı
İki İsrail hərbçisi Livanda Müqəddəs Məryəm heykəlini təhqir etdiklərinə görə həbs olublar.
Moderator.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi məlumat yayıb.
Bildirilib ki, hərbçilərdən biri heykəlin ağzına siqaret qoyub, digəri isə şəkil çəkib.
Şəkil çəkdirən əsgərə 21, onun fotosunu lentə alan xidmət yoldaşına isə 14 gün həbs cəzası verilib.
İsrail Müdafiə Qüvvələrinin (SAXAL) mətbuat katibi Ariella Mazor vurğulayıb ki, ordu belə hadisələrə çox ciddi yanaşır.
"İsrail ordusunda din azadlığına və dini mərasimlərə, eləcə də bütün dinlərin və icmaların dini simvollarına hörmətlə yanaşılır", - deyə SAXAL rəsmisi sosial şəbəkə hesabında bildirib.