Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?
Siyasət
212
10:47, Bu gün

Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi?

Vladimir Zelenski Ukrayna prezidenti seçiləndən bəri Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycana səfərlər edib. Bu, onun Azərbaycanla strateji tərəfdaşlığa verdiyi əhəmiyyətindən irəli gəlir.

Moderator.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Ukrayna lideri Vladimir Zelenskinin ötən gün Qəbələyə səfəri haqda qeyd edib.

“Vladimir Zelenskinin Qəbələdə səsləndirdiyi “Rusiya ilə növbəti danışıqları Azərbaycanda aparmağa hazırıq” təklifi bu siyasətin tərkib hissəsidir. Öz növbəsində Azərbaycan Prezidenti İlham Əliyev ukraynalı həmkarı ilə əməkdaşlığı dərinləşdirmək siyasətinə sadiqdir. Bunu prezidentlərin 4 il ərzində 7 dəfə görüşü sübut edir.

Zelenski Azərbaycanın Ukraynaya humanitar yardımını, enerji əməkdaşlığını, o cümlədən müharibədə valideynlərini itirən ukraynalı uşaqların Azərbaycanda reabilitasiya olunmasını yüksək qiymətləndirir. Ukrayna lideri buna görə azərbaycanlı həmkarına hər dəfə minnətdarlığını bildirir. İki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi də hər zaman diqqət mərkəzindədir”, - o bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər