Dünya Kuboku: Azərbaycanın üç boksçusu finala yüksəlib, biri bürünc medala sahib olub - FOTO
İdman
186
11:40, Bu gün

Dünya Kuboku: Azərbaycanın üç boksçusu finala yüksəlib, biri bürünc medala sahib olub - FOTO

Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə keçirilən Dünya Kubokunda yarımfinal mərhələsinin döyüşləri başa çatıb. Azərbaycan millisinin üç idmançısı bu mərhələdə qələbə qazanaraq finala yüksəlib.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Boks Federasiyası məlumat yayıb.

50 kq-da Sübhan Mamedov Anvarjan Xodjiyevlə (Qırğızıstan) üz-üzə gəlib. Boksçumuz rəqibini 4:1 (30:27, 30:27, 30:27, 30:27, 28:29) hesabı ilə məğlub edib. O, finalda İssam Bensayarla (Mərakeş) döyüşəcək.

Səidcəmşid Cəfərov (75 kq) da komanda yoldaşının uğurunu davam etdirib. O, finala gedən yolda Qabriel Quidi Rontani (İtaliya) üzərində inamlı qələbə qazanıb - 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27). Cəfərov həlledici görüşdə Tauan Silva (Braziliya) ilə gücünü yoxlayacaq.

Məhəmməd Abdullayev (+90 kq) yarımfinalda da rinqdən qalib ayrılıb. Boksçumuz bu dəfə Omar Şinaya (Norveç) gücünü göstərib - 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28). Milli üzvü finalda Davit Çaloyanla (Ermənistan) qüvvəsini sınayacaq.

Nəbi İsgəndərov (70 kq) isə yarımfinalda Kaian Reisi (Braziliya) döyüşüb və rəqib finala vəsiqə qazandığından boksçumuz bürünc medala sahib olub.

Qeyd edək ki, Dünya Kubokuna aprelin 26-da yekun vurulacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər