“Üzdəniraq rolları oynamaram, buna görə kompleks yaşayırdım, onu çox əsəbləşdirmişəm” - FOTO+ÖZƏL
Ekskluziv
401
09:05, Bu gün

“Üzdəniraq rolları oynamaram, buna görə kompleks yaşayırdım, onu çox əsəbləşdirmişəm” - FOTO+ÖZƏL

“2013-cü ildə Mədəniyyət və İncəsənət universitetində 4-cü kursda oxuyurdum. Bir dostumun sayəsində Bakı Uşaq və Gənclər teatrına gəldim. Teatrın direktoru İntiqam Soltanla həmin gün görüşdük. Yadımdadır, axşam çağı idi. Ona teatrda işləmək istəyimi bildirdim. Dedi ki, “gəl-get”, sonra səni işə götürərik. Mən də gəlib-getdim. O illərdə “Həyatla oyun”, “Humayın yuxusu” tamaşalarının məşqləri gedirdi. Oturub həmin tamaşalara böyük həvəslə baxırdım. Öz-özümə deyirdim ki, görəsən mən də belə məşqlər edib, tamaşa oynayacam?! Zaman gəldi, mən hər iki tamaşada rol aldım. Bu teatr mənim həyatımda böyük məktəb oldu. Həm aktyor kimi inkişafımda, həm də həyat yolumda”.

1503119

Bunu Moderator.az-a açıqlamasında aktyor Niyaz Novruzov deyib.

O daha sonra əlavə edib:

1503120

“Mən həmişə arzu etmişəm ki, Bakı Uşaq və Gənclər teatrının binası böyük olsun. Ən gözəl yerdə və ən gözəl teatr bizim olsun. Bizim teatrın balaca otaqlarda gördüyü böyük işlər var. Bəlkə də heç böyük teatrlarda nə elə səmimiyyət var, nə də bu qədər işlər görürlər. Bizim kollektiv teatr fədailəri ilə doludur. Mənim digər teatrlarda da, televiziyalarda da işləmək şansım olub. Sadəcə olaraq heç vaxt getməmişəm. Bu kollektiv və teatr mənə o qədər doğmadır ki, buradan ayrılmaq çətindir. Biz bir ailə kimiyik” deyə aktyor bildirib.

Niyaz Novruzov özünə qadağa etdiyi rollardan, teatrda zamanında yaşadığı komplekslərdən də danışıb:

1503121

“Rol bölgülərini teatrımızın baş rejissoru İlhamə Əhmədova edir. Teatra ilk gəldiyim vaxtlar kompleks yaşayırdım, utanırdım. Buna görə İlhamə xanımı çox əsəbləşdirmişəm və zamanla o komplekslərdən azad olmuşam. Bəzi hallarda rejissorla da fikir ayrılığı yaşanır. Məndə bu rol üzərindəki məşqlər zamanı baş verir. Buna mübahisə deməzdim. Rejissorun istədiyini hər aktyor fərqli şəkildə təqdim edir. Mən də özümünküləşdirib sonra oynayıram. Əlbəttə ki, hər rolu oynamaq istəməzdim. İstər kinoda, istərsə də teatrda bəzi üzdəniraq insan xarakterləri var ki, onları oynamaq istəməzdim. Ümumiyyətlə elə obrazların efirə, teatra gəlməyinin, təbliğ olunmağının da tərəfdarı deyiləm. Bizim teatrda çox yaxşı əsərlər səhnələşdirilir. Bir müddət əvvəl Hüseynbala Mirələmovun “Axirətdən gələn zəng” pyesinin məşqlərinə başlamışdıq. Hazırda üzrlü səbəblərdən məşqlərimiz dayanıb. Orada da mənə Bayram obrazı verilib. Məşqlərə başlasaq  o tamaşada rolumu məmnuniyyətlə oynayaram. Tamaşanın nə vaxt təqdim olunacağı məşqlərə başlayandan sonra bilinəcək” deyə o bildirib.

Aktyor deyir ki, bu sənəti seçən insanlar fədailərdir və heç vaxt sahəsini dəyişmək istəməz:

1503122

“Məncə aktyor teatrda, səhnədə maddi sıxıntıları çox hiss etməməlidir. Bəzən maddi sıxıntılar çox şeyi dəyişir. İstəklərinin ardınca gedə bilmirsən. Həyat davam edir, qarşıda bizi uğurlar gözləyir. Bu sıxıntılara baxmayaraq heç vaxt teatrdan çıxmağı, başqa işlə məşğul olmağı düşünmürəm. Teatr elə bir sənətdir, elə bir istəkdir ki, aktyorun canına hopdusa artıq oradan ayrıla bilmir. Hər zaman teatrda qalmaq ümidi ilə yaşayıram” deyə aktyor bildirib.

1503123

 

Link kopyalandı!
Son xəbərlər