13:07
15°C
Bakı
İran Prezidenti Məsud Pezeşkian ABŞ-nin hərəkətləri ilə münaqişənin diplomatik yolla həlli axtarışı ilə bağlı açıqlamaları arasında uyğunsuzluq olduğunu bildirib.
Moderator.az xəbər verir ki, bu barədə "Press TV" məlumat yayıb.
Onun sözlərinə görə, Vaşinqton danışıqlara hazır olduğunu bəyan etməklə yanaşı, Tehrana təzyiq göstərməyə davam edir. Pezeşkianın fikrincə, bu siyasət vəziyyətin həllinə kömək etmir.
"İran təzyiq, təhdid və ya blokada altında məcburi danışıqlara getməyəcək".