“Onları xalqa təhqir sayırdım, həmin müğənnilərə “zapret” qoyulandan sonra...” - FOTO+ÖZƏL
Ekskluziv
658
19:57, Bu gün

“Onları xalqa təhqir sayırdım, həmin müğənnilərə “zapret” qoyulandan sonra...” - FOTO+ÖZƏL

“70 illik yubileyimdə özümə can sağlığı arzulayıram. Yetərincə xalqıma, musiqimizə, mədəniyyətimizə xidmət etmişəm. Ölkə başçısı mənə etimad göstərib, hər şeylə təmin edib. Həm xalqın, həm də dövlətimin yanında hörmətim var. Arzular bitmir. Arzudan arzu doğur. Yenə də yaşayıb yaratmaq istəyirəm. Mən Bakı Musiqi Akademiyasında baş elmi işçiyəm. Ekspedisiyalara gedirəm, məqalə yazıram, konfransalarda çıxış edirəm, kitab yazıram. Planımı elə bölürəm ki, hər şeyə vaxt çatdırım. Sənət adamları heç vaxt yorulmur. Nə qədər canımda can var mən yenə də xalqıma borcluyam. Özümdən sonra qızımı bəstəkar kimi yetişdirmişəm. Övladım İlahə Qismət də xalqımıza xidmət edir”.

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Zümrüd Məmmədova deyib.

O daha sonra əlavə edib:

“Efirlərdə hörmətsizliyi görüb uzaqlaşmışdım. Müğənnilər efirə çıxıb bir-biri ilə dava edib, olmazın sözlər deyirdilər. Onların bu cür oxumaqlarını, ağızlarından çıxan ifadələri xalqa təhqir sayırdım. Oxumaqları bir yana qalsın, nə özlərini sənətçi kimi apara bilirdilər, nə də geyim-keçimlərini bilirdilər. Niyə onlarla bir efirə çıxmalı idim?! Mən axı elə müğənni olmamışam. Bizim nəsildən olan müğənnilər ona görə efirlərdən uzaq düşmüşdülər. Həmin müğənnilərə “zapret” qoyulandan sonra efirlərə çıxmağa başladım. Məni onsuz da efirlərə dəvət edirdilər, sadəcə getmirdim. Özümü orada görmürdüm. Əvvəlki vəziyyət olsaydı yenə də getməzdim. Özüm-özümə qadağa qoymuşdum. Arb televiziyasında yayımlanan “Günə uğurla” verilişində Yalçın Uğurun qonağı oldum. Mənə bəlkə də 500 adam zəng etdi. Telefonumda o qədər gözəl mesajlar var ki.. Necə gözəl sözlər yazıblar, seviniblər.. Bu verilişin özü 8 aydır açılıb, məni bəlkə də 20 dəfədən çox çağırıblar getməmişəm” deyə xalq artisti bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər