Vaşinqtonda atışma baş vermiş hoteldə başqa ABŞ prezidenti də hücuma məruz qalıbmış
Dünya
292
12:10, Bu gün

Vaşinqtonda atışma baş vermiş hoteldə başqa ABŞ prezidenti də hücuma məruz qalıbmış

ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi şam yeməyindəki atışma keçmişdə ölkənin 40-cı prezidenti Ronald Reyqana sui-qəsdin törədildiyi hoteldə baş verib.

Moderator.az CNN telekanalına istinadən xəbər verir ki, söhbət paytaxt Vaşinqtondakı "Washington Hilton" hotelindən gedir.

Xatırladaq ki, 1981-ci il martın 30-da Con Hinkli R.Reyqan mehmanxanadan çıxarkən ona atəş açmışdı. Həmin vaxt prezident ağır güllə yarası almış, daxili qanaxma keçirmişdi.

"Washington Hilton" h0telindəki növbəti insident aprelin 26-na keçən gecə, Trampın, kabinet üzvlərinin və yüzlərlə jurnalistin iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının illik şam yeməyi zamanı qeydə alınıb. Dövlət başçısı, birinci xanım Melaniya Tramp və digər yüksəkvəzifəli şəxslər xəsarət almasalar da, Məxfi Xidmətin bir əməkdaşının yaralandığı bildirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər