TÜRKSOY-a üzv ölkələrin nümayəndələri Şuşa qalası və Cıdır düzündə olublar - FOTO
Siyasət
3838
08 Apr 2023 | 16:35

TÜRKSOY-a üzv ölkələrin nümayəndələri Şuşa qalası və Cıdır düzündə olublar - FOTO

TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının iştirakçıları Şuşa şəhərindəki Qala divarlarında olublar.
 
Qonaqlara şəhərin qədim tarixi barədə, işğal dövründə abidələrin vandalizmə məruz qalması haqqında ətraflı məlumat verilib.
 
Qonaqlar tarixi abidənin qarşısında birgə şəkil çəkdiriblər.
 
Daha sonra Cıdır düzünə hərəkət edən nümayəndə heyəti oradan əsrarəngiz mənzərəni seyr ediblər.
 
Qeyd edək ki, bu gün Şuşada TÜRKSOY-a üzv ölkələrin UNESCO üzrə Milli Komissiyalarının 9-cu iclasının bağlanış mərasimi olub.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər