NBA pley-offunun finalçıları müəyyənləşdi
İdman
130
18:38, Bu gün

NBA pley-offunun finalçıları müəyyənləşdi

"San-Antonio Spurs" NBA-nın son çempionu "Oklahoma-Siti Tander"i məğlub edərək NBA pley-off mərhələsinin finalına yüksəlib.
 
Moderator.az RBK-ya istinadən xəbər verir ki, yeni çempion "San-Antonio Spurs" ilə "Nyu-York Niks" arasında keçiriləcək final seriyasında müəyyənləşəcək.
 
"San-Antonio Spurs" yarımfinal seriyasının həlledici - yeddinci oyununda səfərdə "Oklahoma-Siti Tander"ə 111:103 hesabı ilə qalib gəlib. Qalib komandanın heyətində Viktor Vembanyama 22 xal toplayaraq komandasının uğurunda mühüm rol oynayıb.
 
"Nyu-York Niks" tarixində iki dəfə - 1970 və 1973-cü illərdə NBA çempionu olub. "San-Antonio Spurs" isə beşqat NBA çempionudur və sonuncu titulunu 2014-cü ildə qazanıb.
 
NBA final seriyası iyunun 3-də start götürəcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər