21:02
20°C
Bakı
"Sabah" qapıçı Stas Pokatilovla yeni müqavilə imzalayıb.
Bakı klubundan Moderator.az-a verilən məlumata görə, qazaxıstanlı qolkiperlə yeni müqavilənin müddəti 1 ildir.
Stas 2025-ci ilin yanvar ayından "Sabah"ın uğurları üçün çalışır. 33 yaşlı qapıçı "bayquşlar"ın heyətində 61 oyun keçirib, bir dəfə Azərbaycan çempionu adını qazanıb, 2 dəfə ölkə kubokunun qalibi olub.