İqor Dodonun ləğv etdiyi qərarı Maya Sandu dəyişdi
Dünya
142
20:30, Bu gün

İqor Dodonun ləğv etdiyi qərarı Maya Sandu dəyişdi

Moldova Prezidenti Maya Sandu Rumıniyanın keçmiş prezidenti Trayan Beseskuya respublika vətəndaşlığını qaytarıb.

Moderator.az "Kommersant"a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının imzaladığı fərmanda qeyd olunub.

Trayan Besesku Moldova vətəndaşlığını ilk dəfə 2016-cı ildə alıb. Lakin bir il sonra həmin dövrdə respublikanın prezidenti olan İqor Dodon bu qərarı ləğv edib.

Moldova Prezidenti Administrasiyasının saytında yayımlanan məlumatda bildirilir ki, Trayan Besesku ölkənin kimliyinin, rumın dilinin qorunması və sovet keçmişindən uzaqlaşaraq Avropa gələcəyinə doğru irəliləməsi uğrunda aparılan mübarizəni yaxşı anlayır.

Maya Sandu qeyd edib ki, bu qərar "cənab Beseskuya qarşı edilmiş ədalətsizliyi aradan qaldırmaq" məqsədilə qəbul olunub.

Trayan Besesku və həyat yoldaşı Mariya Besesku 2016-cı ilin iyununda Moldova prezidenti Nikolay Timoftinin qərarı ilə vətəndaşlıq alıblar. Qanunvericiliyə əsasən, vətəndaşlıq müraciətlərinə baxılması bir il çəkə bilər, lakin keçmiş Rumıniya prezidentinin müraciətinə prioritet qaydada baxılıb.

İqor Dodon prezident vəzifəsinə başladıqdan sonra administrasiya bəyan etmişdi ki, "terrorizm, dövlət təhlükəsizliyinin pozulması, ictimai asayiş, əhalinin sağlamlığı və mənəviyyatına qarşı fəaliyyətlərdə iştirak edən şəxslərə" vətəndaşlıq verilə bilməz. Bununla belə, Mariya Beseskunun vətəndaşlığı ləğv edilməyib.

Qeyd edək ki, Trayan Besesku 2004-2014-cü illərdə Rumıniya prezidenti vəzifəsini icra edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər