“Zelenskinin məlum təklifi sübut etdi ki, Azərbaycana olan beynəlxalq inam böyük və tamdır”
Ekskluziv
334
12:46, Bu gün

“Zelenskinin məlum təklifi sübut etdi ki, Azərbaycana olan beynəlxalq inam böyük və tamdır”

“Ukrayna Prezidenti Volodimir Zelenskinin Moskva və Kiyev arasındakı danışıqları Azərbaycanda keçirmək təklifi ölkəmizə olan beynəlxalq inamın böyük və tam olduğunu göstərir”.

Bunu Moderator.az-a açıqlamasında millət vəkili Asim Mollazadə bildirib. Millət vəkili qeyd edib ki, Azərbaycanın sülhpərvər və ədalətli siyasəti, qətiyyətli və prinsipial mövqeyi onu bütün dünyada etibarlı tərəfdaş və müstəqil iradəyə malik dövlət kimi tanıdıb:

“Azərbaycan dövləti uzun illərdir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında aydın və sülhpərvər xarici siyasət həyata keçirir, beynəlxalq əhəmiyyətli humanitar layihələrlə çıxış edir. Azərbaycanın Ukraynaya göndərdiyi humanitar yardımlar, yüzlərlə uşağın ölkəmizdəki reabilitasiya mərkəzlərinə cəlb edilməsi bu həqiqətin bariz nümunəsidir. Bu baxımdan Zelenskinin Ukrayna-Rusiya danışıqlarının Azərbaycanda keçirilməsini təklif etməsi tamamilə başadüşülən və qürurvericidir.

Azərbaycan hər zaman bütün dünyada sülhün və təhlükəsizliyin bərqərar olmasına çalışıb, bu istiqamətdə mühüm addımlar atıb. Bu baxımdan Ukrayna-Rusiya danışıqlarının ölkəmizdə keçirilməsi mümkündür və Azərbaycan sülhpərvər dövlət kimi bu prosesə töhfə verə bilər”.

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər