Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcərdə minaya düşüblər
Hərb
302
22:50, Bu gün

Azərbaycan Ordusunun hərbi qulluqçuları Kəlbəcərdə minaya düşüblər

Mayın 11-də Azərbaycan Ordusunun hərbi qulluqçuları Məhəmməd Əlibaba oğlu Hüseynov və Kamil Cəmil oğlu Qaflanov xidməti vəzifələrini yerinə yetirərkən Kəlbəcər rayonu ərazisində minaya düşüblər.

Moderator.az xəbər verir ki, bu barədə Azərbaycanın Müdafiə Nazirliyi məlumat yayıb.

Xəsarət alan hərbi qulluqçular yaxınlıqdakı tibb müəssisəsinə təxliyə ediliblər. Dərhal ilkin tibbi yardım göstərilən hərbi qulluqçularımızın vəziyyətləri stabildir, hazırda hərbi tibb müəssisəsində müalicələri davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər