“Aqil Bəhramlı teatrımızı avropaya apardı, Ədalət müəllimdən də bunu gözləyirik”-Xalq artistindən ETİRAF-FOTO+ÖZƏL
Ekskluziv
199
22:11, Bu gün

“Aqil Bəhramlı teatrımızı avropaya apardı, Ədalət müəllimdən də bunu gözləyirik”-Xalq artistindən ETİRAF-FOTO+ÖZƏL

“Artıq bu il 45 ildir ki, mən Gəncə Dövlət Dram teatrında çalışıram. Səhnəyə hər zaman sevərək çıxmışam. O vaxtlar heç vaxt ağlımıza gəlməzdi ki, gün gələcək dövlət tərəfindən sənət insanları bu qədər mükafatlandırılacaq, bu qədər diqqət və qayğı görəcək?! Dövlətin teatrlara göstərdiyi qayğı və diqqət göz önündədir. Biz sadəcə sənətimizi sevirdik və səhnəyə çıxaraq hər gün tamaşaçılarla ünsiyyətdə olurduq. Ən xoş günlərimizdə də, acı günlərimizdə də, xəstəliklə çarpışanda da səhnəyə çıxmışıq. 38-39 dərəcə qızdırma ilə səhnədə olmuşuq. Bugünki günümüzə çox şükür. Aktyorlarımız böyük sevgi və qayğı ilə əhatələniblər. Nə xoş mənə ki, bugünlərdə ölkə başçısı tərəfindən mükafatlandırılan sənətkarların içərisində mən də var idim. Hər şeyə görə cənab prezidentə öz təşəkkürümü bildirirəm”

Bunu Moderator.az-a açıqlamasında xalq artisti Pərvanə Qurbanova deyib. O daha sonra “Teatr hansı direktorun dövründə məhsuldar olub?” sualına belə cavab verib:


“Təbii ki, hər dəfə direktor dəyişəndə ab-hava da dəyişir. Ən əsası odur ki, hansı rəhbər gəlirsə-gəlsin, o teatrı bilən, sevən insan olursa onun özü üçün də, aktyorlar üçün də hər şey asan olur. Mən çox direktorlar görmüşəm. Ələddin İsmayılovdan başlayaraq üzü bu vaxta qədər. Əli Qasımov da 13 il direktor işlədi. Onun dövründə də müəyyən uğurlu tamaşalar oldu. Ondan sonra gələn Aqil Bəhramlı Gəncə teatrı üçün çox böyük işlər gördü. Azərbaycan teatrının avropaya çıxışı ilk olaraq Aqil müəllimin rəhbərliyi dövründə oldu. Teatr böyük festivallarda çıxış etdi. Aqil müəllimin teatra rəhbərlik etdiyi o dörd il o qədər möhtəşəm və məhsuldar idi ki... Aqil müəllimdən sonra gələn Ədalət müəllimdən də bunu gözləyirik. İnşallah ki, elə də olar. Ədalət müəllim də Rus Dram Teatrında uzun illər işləmiş çox peşəkar bir insandır” deyə o bildirib.


Pərvanə Qurbanova teatrlardakı qalmaqallar haqqında suala belə cavab verib:


“Gəncə Dövlət Dram Teatrı balaca kollektiv deyil. 140-dan çox işçisi olan bir idarədir. 140 nəfər az deyil. İntirqa və qalmaqal olanda 2 nəfərin də arasında olur. Hər bir yerdə söz-söhbət, intriqalar və qruplaşmalar olur. Allah pisindən saxlasın. İnsanlar getdikcə tam başqa hal alırlar. Əvvəllər gördüyümüz sənətə, böyüyə, kiçiyə olan hörmət indiki nəsil üçün bir az əlçatmaz olub. Hər yerin pisi də var, yaxşısı da. Pis olmasa yaxşının qədri bilinməz. Ümid edirik ki, bu da getdikcə düzələcək” deyə o bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər