Cənubi Koreya Şimali Koreya sərhədində yeni qadağalar tətbiq etdi
Dünya
73
23:10, Bu gün

Cənubi Koreya Şimali Koreya sərhədində yeni qadağalar tətbiq etdi

Cənubi Koreya parlamenti "Aviasiya təhlükəsizliyi haqqında" qanuna dəyişiklikləri qəbul edib.

Yeni düzəlişlər uçuşların qadağan olunduğu zonalarda, o cümlədən KXDR ilə sərhəd bölgələrində pilotsuz uçuş aparatlarının və digər çox yüngül uçuş vasitələrinin icazəsiz istifadəsinə görə cəzaların sərtləşdirilməsini nəzərdə tutur.

Moderator.az xəbər verir ki, bu barədə rg.ru məlumat yayıb. Bildirilib ki, artıq bu cür qayda pozuntularına yol verən şəxsləri həbs cəzasına qədər məsuliyyət gözləyir.

Hökumət rəsmilərinin sözlərinə görə, dəyişikliklər mülki dronların Şimali Koreya ərazisinə daxil olması ilə bağlı insidentlərin təkrarlanmasının qarşısını almağa yönəlib.

Yeni qanun yalnız pilotsuz uçuş aparatlarına deyil, bütün növ çox yüngül uçuş vasitələrinə də şamil olunur. Faktiki olaraq, yeni qaydalar həbs təhlükəsi altında hava şarlarının buraxılmasını da qadağan edir. Bu isə aktivistlərin Cənubi Koreya ərazisindən Şimali Koreyaya vərəqələr və digər materiallar göndərməsini xeyli çətinləşdirəcək.

Koreya Respublikasının Birləşmə Nazirliyi qanuna edilən dəyişiklikləri alqışlayaraq bildirib ki, sərhədyanı bölgələrdən KXDR istiqamətində həyata keçirilən icazəsiz dron uçuşlarının cəzalandırılması üçün artıq daha güclü hüquqi baza formalaşdırılıb.

Nazirlik vurğulayıb ki, yeni normalar digər vasitələrlə törədilən analoji halların da qarşısını almağa imkan verəcək.

Qurum həmçinin bəyan edib ki, Koreya yarımadası üzərində hava məkanında süni gərginlik yaradan hərəkətlərin qarşısı qəti şəkildə alınmalıdır.

Seul bu cür hadisələrin qarşısının alınmasını Pxenyanla münasibətlərdə gərginliyin azaldılmasına yönəlmiş siyasətin mühüm hissəsi kimi qiymətləndirir.

Nazirlikdən əlavə edilib ki, hökumət Koreyalararası münasibətlərin inkişafı haqqında qanuna yenidən baxılması da daxil olmaqla, əlavə tədbirlər üzərində işi davam etdirəcək.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər