Azərbaycan-Türkiyə birgə taktiki-xüsusi təlimi keçirilib - VİDEO - FOTO
Hərb
185
18:55, Bu gün

Azərbaycan-Türkiyə birgə taktiki-xüsusi təlimi keçirilib - VİDEO - FOTO

Bakıda Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının iştirakı ilə “Radioelektron mübarizə bölmələrinin birgə taktiki-xüsusi təlimi” keçirilib.

Müdafiə Nazirliyindən Moderator.az-a verilən xəbərə görə, mayın 8-də MN rəhbərliyi və digər vəzifəli şəxslər təlimin gedişatını izləyib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənova təlimin mövzusu, mərhələləri və icra olunma ardıcıllığı məruzə edilib.

Bildirilib ki, şəxsi heyətin nəzəri və praktiki vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən təlimdə iştirakçılar yüksək texnologiyaların tədbiqi ilə müxtəlif qoşun növləri ilə qarşılıqlı əlaqədə müasir döyüş üsullarını məşq edib, qarşıya qoyulan tapşırıqları yüksək keyfiyyətlə icra edərək məqsədlərə nail olublar.

Müdafiə Nazirliyinin rəhbərliyi bölmələrin taktiki-xüsusi fəaliyyətlərini və şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.

Azərbaycan-Türkiyə birgə taktiki-xüsusi təlimi keçirilib - VİDEO Azərbaycan-Türkiyə birgə taktiki-xüsusi təlimi keçirilib - VİDEO Azərbaycan-Türkiyə birgə taktiki-xüsusi təlimi keçirilib - VİDEO Azərbaycan-Türkiyə birgə taktiki-xüsusi təlimi keçirilib - VİDEO Azərbaycan-Türkiyə birgə taktiki-xüsusi təlimi keçirilib - VİDEO Azərbaycan-Türkiyə birgə taktiki-xüsusi təlimi keçirilib - VİDEO Azərbaycan-Türkiyə birgə taktiki-xüsusi təlimi keçirilib - VİDEO

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər