Zelenskinin müşaviri: Slovakiya lideri Ukraynanın mesajını Putinə çatdıra bilər
Dünya
121
19:40, Bu gün

Zelenskinin müşaviri: Slovakiya lideri Ukraynanın mesajını Putinə çatdıra bilər

Slovakiyanın Baş naziri Robert Fitso Moskvaya səfəri zamanı Ukraynanın liderlər səviyyəsində danışıqlara hazır olması ilə bağlı mövqeyini Rusiya Prezidenti Vladimir Putinə çatdıra bilər.

Moderator.az-ın xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin müşaviri Dmitri Litvin jurnalistlərə bildirib.

Onun sözlərinə görə, Zelenski və Fitso arasında söhbət zamanı müharibənin başa çatmasının mümkün yolları müzakirə olunub.

“Ukrayna Prezidenti vurğulayıb ki, Kiyev müharibəni ədalətli şəkildə başa çatdırmağı hədəfləyir və əgər praktik məna daşıyacaqsa və konkret qərarlara yol aça bilsə, liderlərin görüşlərinə hazırdır”, - Litvin qeyd edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər